Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

 ”Zəfər tarixli Müstəqilliyin mübarək Azərbaycan ”adlı dəyirmi masa təşkil olunub.

26.05.2023

Gəncə Regional Mədəniyyət İdaresi Goranboy rayon Mədəniyyət Mərkəzinin Şəfəq kənd Mədəniyyət evində Qaraçinar kənd Mədəniyyət evinin birgə təşkilatçılığı ilə Dövlət Müstəqilliyi Gunu münasibəti ilə "Zəfər tarixli Müstəqilliyin mübarək Azərbaycan "adlı dəyirmi masa təşkil olunub. Dəyirmi masada Şəfəq və Qaracinar kənd Mədəniyyət evlərinin kollektivi, Şəfəq kənd İcra nümayəndəliyinin əməkdaşı, Şəfəq kənd Uşaq bağçasının rəhbəri, kənd sakinləri və məktəblilər iştirak etdilər.

  İlk öncə Ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

 Tədbiri giriş sözü ilə açan Şəfəq kənd Mədəniyyət evinin direktoru Samirə Kazımova Müstəqillik günü haqqında məlumat verdi.

Daha sonra Qaraçinar kənd Mədəniyyət evinin bədii rəhbəri Xalidə Ələkbərova Mayin 28-də qeyd olunan Müstəqillik Gününün dünya Azərbaycanlıları üçün tarixi əhəmiyyət kəsb edən hadisə olduğunu diqqətə çatdırıb.Azərbaycan Xalq Cümhuriyyətinin Şanlı tariximizdəki yeri və rolundan, dövlət və ordu quruculuğundan, iqtisadiyyatın, təhsil və mədəniyyətin inkişafı sahəsində həyata keçirdiyi tədbirlərdən danışıb.

Tədbrin sonunda Şəfəq kənd Mədəniyyət evində torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalmış şəhidlərinə həsr olunmuş xatirə guşəsinə baxış keçirilmişdir.

 

85.5 KB